SON XƏBƏRLƏR

“Traxtur” bu gün “Sepahan”la qarşılaşacaq

2021.10.20, 07:36
“Traxtur” bu gün “Sepahan”la qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtrur” futbol komandası bu gün İsfahan təmsilçisi “Sepahan”ın qonağı olacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 10-cu həftəsində keçiriləcək görüş turnir cədvəlinin birinci üç komandası arasında yerləşən “Traxtur” və “Sepahan” üçün olduqca önəmlidir.

 

Görüş noyabrın 5-də Təbriz vaxtı ilə saat 15:30-da İsfahanın “Nəqşi-Cahan” stadionunda başlayacaq.

 

“Traxtur”-“Sepahan” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Qeyd edək ki, hazırda “Sepahan” 19 xalla 1-ci, “Traxtur” isə17 xalla turnir cədvəlinin 3-cu pilləsində qərarlaşıb. “Traxtur” komandası “Sepahan”a qalib gələcəyi təqdirdə cədvəlin 1-ci pilləsinə yüksələ bilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar