SON XƏBƏRLƏR

“Traxtur”dan daha bir qələbə: Abadan “Neft” komandası ilə...

2021.10.20, 07:36
“Traxtur”dan daha bir qələbə: Abadan “Neft” komandası ilə...

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası cümə günü səhənd stadionunda qəbul etdiyi Abadan təmsilçisini məğlub yola salıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 24-cü həftəsində “Traxtur” “Neft” komandası ilə üz-üzə gəlib, oyun 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

“Traxtur”a qələbə qazandıran qol 42-ci dəqiqədə Sasan Ənsari tərəfindən vurulub.

 

Bu oyundan sonra “Traxtur” 49 xalla turnir cədvəlinin 2-ci, “Neft” isə 21 xalla 13-cü yerində qərarlaşıb.

 

Hazırda “Perspolis” 51 xalla turnir cədvəlinə liderlik edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar