SON XƏBƏRLƏR

“Traxtur” fanatları stadionda ərəbcə Əhvaz ərəblərinə xoş gəlmisiniz şüarları səsləndiriblər- VİDEO

2021.10.20, 07:36
“Traxtur” fanatları stadionda ərəbcə Əhvaz ərəblərinə xoş gəlmisiniz şüarları səsləndiriblər- VİDEO

Gunaz.tv

GünAz TV: “Traxtur” fanatları stadionda Əhvazın “Fulad” komandasına ərəbcə xoş gəlmisiniz şüarları səsləndirərək, bir daha İran zülmü altında yaşayan millətlərin birliyini nümayiş etdiriblər.

 

Ötən gün milli çempionatın 15-ci turu çərçivəsində ötən gün Səhənd stadionunda Təbrizin “Traxtur” komandası ilə Əhvazın “Fulad” komandası arasında maç keçirilmişdi.

 

“Traxtur” komandasının azarkeşləri ərəbcə “əhlən va səhlən ya əxi, Əl-Əhvaz yələrəbi” kimi şüarlarla Əhvazdan gəlmiş ərəbləri xoş qarşılayıblar.

 

 

“Bu şüar ərəb və türk millətlərinin dərin dostluq və qardaşlığının, eləcə də onların irqçilər və milli kimliklərini dananlarla mübarizəsinin göstəricisdir”, - deyə əhvazlı ərəb fəal Yusif bin Bəni Torof “Traxtur” fanatlarının isti münasibətinə verdiyi reaksiyada bildirib.

 

Cari ilin may ayının 16-da “Traxtur” və “Fulad”ın Əhvazda keçirilən görüşü zamanı ərəblər hər iki klubun bayraqlarını əllərində tutmaqla, İranda zülm altında yaşayan ərəb və türk millətlərinin birliyini əks etdirən şüarlar səsləndirmişdilər.

 

 

Bir çox ərəb fanat isə əllərində “Azərbaycan türkləri bizim qardaşlarımızdır” cümləsi yazılmış plakatlar tutmuşdular. Ərəblər görüşdən öncə də “Traxtur” fanatlarını çox səmimi qarşılamışdılar.

 

 

Qeyd etmək lazımdır ki, Əhvaz ərəbləri İranda yaşayan böyük etniklərdən biridirlər. İranın ən böyük neft və qaz yataqları ərəblərin vətəni olan Əl-Əhvazda (Xuzistan-red.) yerləşir. Lakin İran rejiminin ayrı-seçkiliyi və irqçiliyi səbəbindən bölgə baxımsız vəziyyətdədir və əyalətdə kasıblıq yüksək həddədir.

 

Ayrı-seçkilikdən savayı, İranda ərəblər də türklər kimi, tez-tez irqçi təhqirlərə məruz qalırlar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar