SON XƏBƏRLƏR

“Traxtur”-“Fulad” görüşündə “21 Azər Hərəkatı”nın ildönümü münasibəti ilə plakatlar qaldırılıb və yazılı parça nümayiş etdirilib - GÖRÜNTÜ

2021.10.20, 07:36
“Traxtur”-“Fulad” görüşündə “21 Azər Hərəkatı”nın ildönümü münasibəti ilə plakatlar qaldırılıb və yazılı parça nümayiş etdirilib - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Dekabrın 14-ü yerli vaxtla saat 15:00-da Təbrizin “Traxtur” futbol komandası Xuzistanın Fulad komandasını öz meydançasında qəbul edib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 15-ci həftəsində keçirilən qarşılaşma səhənd stadionunda baş tutub, görüş 1:2 hesabı ilə qonaq komandanın xeyirinə yekunlaşıb.

 

Şəkildə göründüyü kimi, “Traxtur”un ərdəbilli tərəfdarları stadionun yolunda Azərbaycan Milli Hökumətinin şəhidləri və onların ideyalarını xatırladan yazılı parça nümayiş etdiriblər. Parçaya “Milli şəhidlərimizin qutsal yolu davam edir; 21 Azər, Ərdəbil- Azərbaycan Milli Hərəkatı” sözü yazılıb.

 

 

Azərbaycan Milli Hökumətinin yaradılmasının 73-cü ildönümü münasibəti ilə stadionda plakatlar da qaldırılıb. Plakatlarda milli hökumətin başçısı mərhum Seyid Cəfər Pişəvəri və onun silahdaşlarının təsviri əks olunub.

 

 

 

“Traxtur”-“Fulad” görüşündə 70 mindən çox soydaşımız tamaşaçı qismində iştirak edib.

 

Xatırladaq ki, 1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

 

Milli hökumət qurulduqdan bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb. Milli hökumətin bir il müddətində Azərbaycana gördüyü işlər Pəhləvi rejiminin 20 ilindən çox olub. Qadınlara səsvermə hüququnun verilməsi, Təbriz Dövlət Universiteti və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. milli hökumətin gördüyü işlər sırasındadır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar