SON XƏBƏRLƏR

“Traxtur” görüşündə yazılı parça nümayiş etdirilib: “Öz müqəddəratını təyinetmə hüququ cinayət deyil”

2021.10.20, 07:36
“Traxtur” görüşündə yazılı parça nümayiş etdirilib: “Öz müqəddəratını təyinetmə hüququ cinayət deyil”

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, fevralın 15-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Təhranın “İstiqlal” komandası qarşılaşıb, oyun 1:0 hesabı ilə ev sahibinin xeyirinə sona çatıb.

 

Qar və yağışlı hava şəraitinə baxmayaraq görüşdə 100 mindən çox soydaşımız tamaşaçı qismində iştirak edib. Stadionda yer qalmadığından minlərlə “Traxtur” tərəfdarı stadionun yaxınındankı təpələrdən oyunu izləməli olub. Soydaşlarımız oyun boyu “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və s. kimi milli şüarlar səsləndiriblər.

 

“Traxtur” tərəfdarları son vaxtlar tez-tez səsləndirdikləri “Azərbaycan qızları, göylərin ulduzları” şüarını da dilə gətirərək qadınların stadionlara buraxılmasını tələb ediblər.

 

Görüş zamanı təhlükəsizlik qüvvələrinin bütün təzyiqlərinə baxmayaraq azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən və “Öz müqəddəratını təyinetmə hüququ cinayət deyil” qeyd olunan plakatlar nümayiş etdirilib.

 

İngilis dilində hazırlanan plakatlarda bu sözlər yazılıb:

 

Sözügedən plakatların qaldırılması stadionda olan soydaşlarımız tərəfindən alqışlanıb.

 

Xatırladaq ki, “Traxtur”-“İstiqlal” görüşü 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

N.S  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar