SON XƏBƏRLƏR

“Traxtur”-“İstiqlal” görüşündə 43 nəfərin saxlandığı məlum olub

2021.10.20, 07:36
“Traxtur”-“İstiqlal” görüşündə 43 nəfərin saxlandığı məlum olub

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Təbrizin “Traxtur” futbol komandasının tərəfdarları Tehranın Azadi stadionunda keçirilən görüşdə polis əməkdaşları və rəqib komanda tərəfdarlarının hücumuna məruz qalıblar.

 

Avqustun 10-da “İstiqlal” komandası ilə görüşdə azərbaycanlı futbol tamaşaçılarına hücum edən polis əməkdaşları onlardan bir neçəsinə xəsarət yetirib və onlarla komanda tərəfdarını saxlayıblar.

 

“Xəbər Online” saytının şənbə günü yaydığı məlumata görə, görüş zamanı 43 “Traxtur” tərəfdarı saxlanılıb, onların müvəqqəti saxlanma təcridxanasına aparıldığı bildirilib.

Azərbaycan klubunun müdiri Sadiq Drudgər şənbə günü səhər saatlarından saxlanılan komanda tərəfdarlarının azadlığa buraxılmasına çalışdığını deyib. Onun sözlərinə görə, azyaşlı uşaqlar da daxil olmaqla çox sayda tərəfdar polis əməkdaşları tərəfindən döyülüb.

 

“Traxtur”un keçmiş baş məşqçisi Rəsul Xətibi polisin azərbaycanlı komanda tərəfdarları ilə davranışının utancverci olduğunu deyib. “Polis əməkdaşlarının bu davranışı üzr istəməklə də keçməz”- deyə o vurğulayıb.

 

Görüş zamanı “İstiqlal” komandasının tərəfdarları türk millətinə qarşı təhqiramiz hərəkətlər edib, “ölüm olsun türkə” şüarı səsləndiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar