SON XƏBƏRLƏR

“Traxtur”-“İstiqlal” görüşündən yeni Video və Görüntülər

2021.10.20, 07:36
“Traxtur”-“İstiqlal” görüşündən yeni Video  və Görüntülər

Gunaz.tv

GünAz TV: Noyabrın 1-də Təbrizin səhənd stadinunda Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Tehranın “İstiqlal” komandası arasında görüş keçirildi.

 

Super liqanın 9-cu həftəsində keçirilən görüş qonaq komandanın xeyirinə başa çatsa da, yenə də qazanan Azərbaycan və “Traxtur” tərəfdarları oldu. Tamaşaçı qismində iştirak edən 80 mindən çox azarkeş oyun boyu çoxlu milli şüarlar səsləndirib, Azərbaycan və Türkiyə bayraqlarını qaldırıb və müxtəlif bannerlər nümayiş etdirdilər. “Nə topdu, nə qoldu – Traxtur milli yuldur” plakatı “Traxtur” tərəfdarlarının əsas hədəfini göstərən yazı kımı xüsusi diqqət çəkib.

 

 

Komanda tərəfdarlarının səsləndirdikləri şüarların videosu saytımızda yayılıb. Aşağıda yeni əldə etdiyimiz video və şəkilləri izləyə bilərsiniz.

 

Oyun zamanı Təbrizin “Maşınsazi” komandasının baş məşqçi Rəsul Xətibiyə də dəstək nümayiş etdirilib. “Perspolis”in irqçi tərəfdarları oktyabrın 31-də Tehranın Azadi stadionunda keçirilən görüşdə Rəsul Xətibinin ünvanına təhqiramiz şüarlar səsləndirmişdir.

 

Həmçinin “Traxtur”-“İstiqlal” görüşünü izləmək üçün stadiona daxil olmağa cəhd göstərən bir azərbaycanlı qız təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. Həmin qız sosial şəbəkələrdə paylaşdığı postda 8 saat təcridxanada saxlandığını qeyd edib.

 

https://www.youtube.com/watch?v=FLWzV-Su3bo

 

 

https://www.youtube.com/watch?time_continue=6&v=MNNjpZaESoE

 

 

https://www.youtube.com/watch?time_continue=10&v=BRePI92cW1A

 

 

https://www.youtube.com/watch?time_continue=6&v=4TJtJ4K7oJo

 

 

https://www.youtube.com/watch?time_continue=2&v=2sjAnsdpyJw

 

 

 

 

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar