SON XƏBƏRLƏR

“Traxtur” “İstiqlal”ı məğlub yola saldı – GÖRÜNTÜ

2021.10.20, 07:36
“Traxtur” “İstiqlal”ı məğlub yola saldı – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Bu gün yerli vaxtla saat 15:30-da Təbrizin “Traxtur” futbol komandası Tehranın “İstiqlal” komandasını səhənd stadionunda qəbul edib, oyun 1:0 hesabı ilə meydan sahibinin xeyirinə yekunlaşıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 18-ci həftəsində keçirilən görüşün birinci hissəsində heç bir komanda tərəfindən qol vurulmayıb. Azərbaycan komandasına qələbə qazandıran qol oyunun 53-cü dəqiqəsində Əşkan Dejaqe tərəfindən vurulub.

 

Qar və yağışlı hava şəraitinə baxmayaraq görüşdə 100 min nəfərdən çox soydaşımız tamaşaçı qismində iştirak edib. Görüşü maraqla izləyən “Traxtur” tərəfdarları oyun boyu “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və s. kimi milli şüarlar səsləndiriblər.

 

“Traxtur” tərəfdarları son vaxtlar tez-tez səsləndirdikləri “Azərbaycan qızları, göylərin ulduzları” şüarını da dilə gətirərək qadınların stadionlara buraxılmasını tələb ediblər.

 

Oyunun reportyoru dəfələrlə “Traxtur” tərəfdarlarının ünvanına təriflər yağdıraraq onların sayının 100 mindən çox olduğunu elan edib. Məlumata görə, stadionda yer qalmadığından minlərlə “Traxtur” tərəfdarı ətrafdakı təpələrdən oyunu izləyib, bir çoxları isə qapı arxasında qalmalı olub.

 

“Təsnim” xəbər agentliyi stadiona daxil ola bilməyən “Traxtur” tərəfdarlarının 10 min nəfərdən çox olduğunu qeyd edib.

 

 

 

Şərqi Azərbaycan valisi Məhəmmədrza Purməhəmmədi və Təbriz Şəhər İcra Hakimiyyəti stadionda

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar