SON XƏBƏRLƏR

“Traxtur” klubu baş məşqçinin dəyişməsi ilə bağlı yayılan xəbəri təkzib edib

2021.10.20, 07:36
“Traxtur” klubu baş məşqçinin dəyişməsi ilə bağlı yayılan xəbəri təkzib edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” Futbol Klubu komandanın baş məşqçisi Sakit İlhaminin mövsümün sonunda dəyişəcəyi ilə bağlı yayılan xəbərləri təkzib edib.

 

Bu barədə Azərbaycan klubu geniş bəyanat yayıb.

“Komandanın bədxahları yenə də klubumuzu əsas məqsəddən yayındırmağa çalışır. Dəyərli komanda tərəfdarlarına bildirmək istəyirik ki, klubun sahibi, idarə heyəti və bütövlükdə klubu idarə edən şəxslər baş məqşçi Sakit İlhamini dəstəkləyir. Ona görə ki, o baş məşqçi postuna gətirildikdən sonra “Traxtur” klubu böyük uğurlara imza atıb. Ümid edirik ki, super liqa və ölkə kuboku yarışları çərçivəsində komanda tərəfdarlarına layiq nəticələr əldə edib, Azərbaycan əhalisini sevindirək.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Azərbaycan klubu komanda tərəfdarlarını xəbərləri klubun rəsmi saytından izləməyə çağıraraq yayılan şayiələrin məqsədyönlü olduğunu, lakin klubun əsas hədəfdən yayınmadığını, qarşıdakı oyunlarda güclü çıxış etməyə çalışdığını bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar