SON XƏBƏRLƏR

“Traxtur” klubu baş məşqçisinin 80 min dollar tələbini ödəyib

2021.10.20, 07:36
“Traxtur” klubu baş məşqçisinin 80 min dollar tələbini ödəyib

Gunaz.tv

GünAz TV: Ötən günlərdə, təxminən iki aydır Təbrizin “Traxtur” futbol komandasını çalışdıran türkiyəli mütəxəssis Ərtoğrul Sağlamın klubla müqavilədə qeyd olunan məbləğin ikinci hissəsinin ödənilmədiyi haqda   məlumat yayılmışdır.

 

Hətta bəzi kütləvi informasiya vasitələri baş məşqçinin bu vəziyyətdən narahat olduğunu da qeyd etmişdir.  Ə.Sağlam komandasının məşqlərinə Novruz bayramı münasibəti ilə fasilə verildiyi üçün hazırda Türkiyədədir.

 

Son məlumata görə, Azərbaycan klubu artıq baş məşqçiyə müqavilədə nəzərdə tutulan məbləğin ikinci hissəsini təmami ilə ödəyib. Bu barədə klubun iqtisadi məsələlər üzrə məsulu cənab Şərəbyani mətbuata məlumat verib.

 

Klub rəsmisinin sözlərinə görə, 80 min dollar martın 19-da İstanbulda Ə.Sağlama ödənilib.

 

Şərəbyani bu günlərdə oyunçuların da tələblərinin müəyyən hissəsinin ödəniləcəyini açıqlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar