SON XƏBƏRLƏR

“Traxtur” klubu hərraca çıxarıldı

2021.10.20, 07:36
“Traxtur” klubu hərraca çıxarıldı

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu şənbə günü, mayın 12-də rəsmən hərraca çıxarılıb.

 

Bu barədə bu gün “Dünyayi iqtisad” qəzetində elan dərc olunub.

 

Bir müddət əvvəl İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) klubun özəl sektora ötürüləcəyi haqda məlumat yaymışdır.

 

“İran Traktorqayırma Şirkəti, Təbriz Traktorqayırma Mədəniyyət və İdman Şirkətinin 100 faizlik səhmini hərraca çıxarır. Maraqlananlar təkliflər paketini 7 gün ərzində Traktorqayırma Şirkətinə göndərə bilərlər. Şirkət təklifləri qəbul vəya rədd etməkdə sərbəstdir”- deyə elanda qeyd olunub.

 

 

Azərbaycanlıların sevimli “Traxtur” klubu 2010-cu ildə “Sepah”a ötürüldükdən sonra çoxlu problemlərlə üz-üzə qalıb. İran Futbol Federasiyası İnzibati Komitəsinin klub və onun tərəfdarlarına qarşı ardı kəsilməyən qərarları, FİFA-nın “Traxtur” haqda tətbiq etdiyi oyunçu tranferi qadağası və maliyyə sıxıntıları Azərbaycan klubunun üzləşdiyi çoxsaylı problemlərdən bir neçəsidir. Son vaxtlar klubun getdikcə hərbi hissəyə çevrilməsindən narahat olan komanda tərəfdarları bu vəziyyətin dəyişməsi və “Sepah”ın klubdan uzaqlaşmasını tələb etmişdilər. Bundan sonra klubun icraçı direktoru Mustafa Acorlu tutduğu vəzifədən istefa etdi, onun ardınca bir neçə vəzifəli şəxs klubdan uzaqlaşdırıldı. Nəhayət ki, “Sepah” klubun özəl sektora buraxılması ilə bağlı qərar qəbul etdi.

Bəzi “Traxtur” tərəfdarları qərarın arxasında hansısa gizli planın olub-olmamasından əmin olmadıqları üçün “Sepah”ın bu qərarına şübhə ilə yanaşır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar