SON XƏBƏRLƏR

“Traxtur” klubu keçmiş iki xarici oyunçusundan şikayət edib?

2021.10.20, 07:36
“Traxtur” klubu keçmiş iki xarici oyunçusundan şikayət edib?

Gunaz.tv

GünAz TV: İngiltərənin mətbuat orqanı Təbrizin “Traxtur” futbol klubunun keçmiş iki xarici oyunçusundan şikayət etdiyini bildirib.

 

“Daily Record” qeyd edib ki, Antoni Stokes və Li Ervin yay aylarında “Traxtur”a qoşuldular. Sonra ikisi də bu komandanı tərk etdi. İndi “Traxtur” klubu oyunçulardan FİFA-ya şikayət edib.

 

Mövzu ilə bağlı “Traxtur”un icraçı direktoru Əlirza Əsədi mətbuata danışıb. “Bu iki oyunçunun problemləri fərqlidir. Antini Stokesin ailəsində müəyyən problemlər var. Ervin isə ruhi xəstəliyə tutulduğunu bildirib. Bu məsələ FİFA-nin hüquqi məsələlərə baxan şöbəsi ilə müzakirə olunub. Biz hətta təklif etdik ki, Stokesin ata, ana və bacısı Təbrizə gəlib hər şeyi yaxından görsünlər. Lakin Stokes hələlik futbola mütəmərkiz ola bilməyəcəyini dedi.

Ervin isə depressiyaya düçar olduğunu bildirmişdir. Lakin biz ona məktub göndərdikdən iki gün sonra özünü Türkiyəyə komandanın təlim-məşq toplanışına çatdırdı. Ervinin problemi sadəcə bəhanədir. Lakin Stokesin ciddi problemi var. Artıq bizim üçün sözügedən oyunçuların məsələsi qapanıb”- deyə o bildirib.

 

“Traxtur” klubunun rəsmisi oyunçulardan FİFA-ya şikayət etməklə bağlı yayılan xəbərləri təkzib edərək qış transfer pəncərəsi başlayana qədər sözügedən oyunçulara vaxt verildiyini bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar