SON XƏBƏRLƏR

“Traxtur” klubu “Sepidrud” komandasını qəbul edəcək

2021.10.20, 07:36
“Traxtur” klubu “Sepidrud” komandasını qəbul edəcək

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində növbəti görüşə hazırlaşır.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 10-cu həftəsində “Traxtur” Rəştin “Sepidrud” komandasını qəbul edəcək.

 

Qarşılaşma oktyabrın 26-ı yerli vaxtla saat 16:00-da Təbrizin Səhənd stadionunda keçiriləcək.

 

“Traxtur”-“Sepidrud” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Hazırda “Traxtur” komandası 9 xalla turnir cədvəlinin 7-ci, “Sepidrud” isə 3 xalla cədvəlin 16-cı yerində qərarlaşıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar