“Traxtur” klubu Tehranın Azadi stadionunda baş verən hadisələrlə bağlı bəyanat yayıb

28.01.2020, 09:24

Güney Azərbaycanın “Traxtur” futbol klubu bazar günü Tehranın Azadi stadionunda “Perspolis”lə görüşdə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

 

“Təəssüflər olsun ki, “Perspolis”lə “Traxtur”un görüşündə baş verən hadisələr nifrət yaymaqdan başqa heçnə deyildi. Görüşə ev sahibliyi edən komandanın tərəfdarları oyundan sonra sosial şəbəkələrdə təhqiramiz bir video yayıblar. Tərəfdarların bu dərəcədə təhqirə yol verməsi yeni hadisə sayıla bilər.

Ölkə əhalisinin bir qismini kobud şəkildə aşağılamaq böyük təəssüf doğurur. Ölkənin mənafeyini düşünən heç kim qövmlərin aşağılanmasına icazə verməz.

Görəsən bu hadisələr Təbrizdə baş versəydi, məsullar necə reaksiya verərdi? Paytaxt komandaları Təbrizdə oynadığı zaman oyundan iki gün əvvəl və bir neçə həftə sonra hadisələr izlənilir. Görəsən indi nəyə görə susublar?

Əslində stadionda oyun zamanı baş verənlər, oyundan sonrakı hadisələrdən az deyildi. Hakim verdiyi yanlış qərarları ilə azarkeşlər arasında çaxnaşmanı artırmaqla yanaşı “Traxtur” komandası və onun tərəfdarlarının haqqını tapdalamış oldu.

“Traxtur” klubu “Perspolis” tərəfdarlarının bu hərəkətini kəskin pisləyərək təhqirə yol verənlərin qanun çərçivəsində cəzalandırılmasını tələb edəcək.

Yerli məsullar və ölkənin rəsmi şəxslərindən Azadi stadionunda baş verən hadisələrə reaksiya vermələrini və “Traxtur” klubuna bu istiqamətdə yardım etmələrini gözləyirik.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Xatırladaq ki, “Traxtur”-“Perspolis” görüşü yanvarın 26-da Tehranın Azadi stadionunda keçirilib. Oyun boyu “Perspolis” tərəfdarları rəqib komanda və Azərbaycan türk millətini kobud təhqirlərə məruz qoyub. Sonda oyun hakimin qərəzli və yanlış qərarlarının nəticəsi olaraq 2:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

 

İran Gənclər və İdman Nazirliyinin dəstək verdiyi komandanın tərəfdarları yalnız görüş zamanı deyil, oyun bitdikdən sonra da təhqiramiz hərəkətlərini davam etdiriblər.

Oyundan sonra Azərbaycan komandası və türk millətinə qarşı yönələn olduqca təhqiramiz bir video sosial şəbəkələrdə paylaşılıb. Bu göstərir ki, panfarsistlərin Azərbaycana qarşı təhqirləri yalnız stadionla məhdudlaşmır.

 

https://www.youtube.com/watch?v=25vqw6SEM2E&feature=emb_logo

 

 

“Perspolis” tərəfdarları çəkdikləri təhqiramiz klipi sosial şəbəkələr, o cümlədən İnstaqramda yaymaqla milyonlarla Güney Azərbaycan türkünə qarşı olan nifrətlərini nümayiş etdiriblər.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

“Azərbaycan sülh müqaviləsinə aid təkliflərimizə cavab verib”- Ararat Mirzoyan

2022-11-28

gun az article

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışıb

2022-11-28

gun az article

Ərdoğan: “Ukraynada axan qanı dayandırmaq üçün çox çalışdıq”

2022-11-28

gun az article

Şuşanın ümumtürk mədəniyyətindəki rolu barədə beynəlxalq konfrans keçirilib

2022-11-28

gun az article

İranda daha bir etnik bəluç edam edilib

2022-11-28

gun az article

Xameneyinin Rusdərdəki nümayəndəliyinin ofisi yandırılıb

2022-11-28

gun az article

İranlı turistlərin Türkiyəyə axını artıb

2022-11-28

gun az article

Almaniya səfiri son bir ayda ikinci dəfə İran XİN-ə çağırılıb

2022-11-28

gun az article

Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib

2022-11-28

gun az article

Bakıda gənc qızlar Güney Azərbaycandakı etirazçılara dəstək fləşmobu keçirib-VİDEO

2022-11-28

gun az article

İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb

2022-11-28

gun az article

Naxçıvan MR-in maliyyə naziri həbs edilib, istintaq davam edir

2022-11-28

gun az article

Hulusi Akar: "Pençe Kilit" əməliyyatı başlayandan 480 terrorçu zərərsizləşdirilib”

2022-11-28

gun az article

MN: "Qanunsuz erməni silahlıları Şuşa, Xocavənd, Xocalı və Ağdamdakı mövqelərimizi atəşə tutub"

2022-11-28

gun az article

Fransa Milli Assambleyasına Azərbaycan QHT-lərindən etiraz Bəyanatı

2022-11-27

gun az article

Azərbaycan Ordusunun mövqeləri dörd istiqamətdə atəşə tutulub

2022-11-27

gun az article

Qırğızıstanın deputatı Qazaxıstanla sərhəddə itkin düşüb

2022-11-27

gun az article

Tanınmış reper Tomac Salehi edam edilə bilər

2022-11-27

gun az article

İsveçdə İranəsilli vətəndaşlar Rusiyaya casusluq etdikləri üçün mühakimə olunur

2022-11-27

gun az article

İran prezidenti etirazçılara qarşı repressiyalarda iştirak edən xüsusi qüvvələri təqdir edib

2022-11-27