SON XƏBƏRLƏR

“Traxtur” klubu: “Traxtur”un çempion olmasını istəmirlər

2021.10.20, 07:36
“Traxtur” klubu: “Traxtur”un çempion olmasını istəmirlər

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu bazar günü Qaimşəhrin “Nəssaci” komandası ilə keçirilən görüşdə hakimlərin yol verdiyi ədalətsizlik və qərəzli qərarları ilə bağlı bəyanat yayaraq “Traxtur”un çempion olmasına qarşı gizli iradə olduğunu bildirib.

 

“Super liqa yarışlarının 17-ci həftəsində keçirilən “Traxtur”-“Nəssaci” oyunu hakim yanlışlığı ilə sona çatdı. Bu yanlışlıq Azərbaycan futbolunun nümayəndəsinin 2 xal itirməsinə səbəb oldu.

Hər kəs hakimdən ədalətli qərarlar gözlədiyi halda, bunun tərsi baş verdi. Bu hadisə komanda tərəfdarlarının narahatlığına səbəb olmaqla yanaşı, pak futbolun ruhuna da ləkə saldı.

Köməkçi hakim səhnəni yaxından izlədiyi halda, “Traxtur”un haqqı olan penalti tutulmadı. Halbuki, köməkçi hakim məsələyə müdaxilə edib haqsızlığa mane ola bilərdi. Bu, bütün cəhdlərini uğur əldə etməyə yönəldən bir komandanın zəhmətini hədər etməkdir”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

 

Klub rəhbərliyi vurğulayıb ki, 13-cü həftədə “Perspolis”lə həlledici görüşdə “Traxtur” tərəfindən vurulan qolun hakim tərəfindən qəbul olunmamasını normal bir yanlışlıq kimi qəbul etsək də, digər səhnələrdə baş verən müəyyən xətalar ekspertlər arasında belə müzakirə mövzusu ola bilməz. Bu səbəbdən də insanlarda “Traxtur”un çempion olmasına qarşı gizli bir iradənin olduğuna dair təsəvvür yaranır. Belə hadisələr “Traxtur”a qarşı 11 və 14-cü super liqa yarışlarında da baş verib və bu məsələ klubun çempion olmasına mane olmuşdur.

 

Bəyanatda vurğulanıb ki, bu oyun turnir cədvəlinin yüksək pillələrində qərarlaşan klubların mövqeyinə təsir göstərə bilərdi. Ona görə də klub belə arzuolunmaz hakimliyə qarşı etiraz etməyi özünün hüququ hesab edir və səlahiyyətli şəxslərdən buna qarşı tədbir almalarını tələb edir.

 

“Traxtur”-“Nəssaci” oyununda baş verən haqsızlığa Azərbaycan klubunun icraçı direktoru Əyyub Behtac da münasibət bildirib. O qeyd edib ki, bu görüşdı baş verən hadisələr pak futbolun ruhuna ləkə salıb.

Əyyub Behtac klubun bu məsələyə görə Liqa Təşkilatı və Hakimlər Komitəsinə rəsmi şikayət edəcəyini bildirib.

 

Qeyd edək ki, Bazar günü Qaimşəhrdə keçirilən "Traxtur"-"Nəssaci" oyunu 1:1 bərabər hesabla sona çatdı.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar