“Traxtur” klubu və futbolçulardan azərbaycanlı əsgərin “Pejak” tərəfindən öldürülməsinə reaksiya / Radikal kürd mediası baş verən hadisədən sevincini gizlədə bilməyib!

25.04.2020, 13:00

GünAz TV: Ötən günlərdə güney azərbaycanlı əsgərin “Pejak” kürd terror qruplaşmaları tərəfindən öldürülməsi kürd terror cərəyanına yaxın fars və kürddilli mətbuat orqanlarının sevincinə səbəb olduğu kimi, soydaşlaşlarımızı da qəzəbləndirib.

 

Əmir Süleymaninin şəhid olması xəbəri İran mediası  tərəfindən boykot və senzura edilsə də, soydaşlarımız virtual məkanda məlumat yayaraq xəbəri lazımi qədər işıqlandırıblar.

 

Güney Azərbaycanın “Traxtur” futbol komandasının oyunçuları Əkbər İmani, Mehdi Tikdəri, Rəşid Məzahiri və Peyman Keşavərz İnstaqram səhifələrində baş verən hadisəyə münasibət bildirərək terror aktını qınayıb, “PKK və “Pejak” terrorçularına ölüm olsun” şüarı ilə çıxış ediblər.

 

Tanınmış azərbaycanlı baş məşqçi Rəsul Xətibi və futbolçu “Sərdar türkmən” də “Şəhidlər ölməz – Vətən bölünməz” şüarı yazaraq urmiyalı soydaşımızın şəhid olması ilə bağlı başsağlığı veriblər.

 

 

“Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi cümə günü keçirilən mətbuat konfansında mərhum Əmir Süleymaninin “Traxtur” tərəfdarı olduğunu bildirib.

 

“Traxtur” klubunun İnstaqram səhifəsində də Əmir Süleymani ilə bağlı bir mətn paylaşılıb. “Mühəndis Zenuzinin göstərişi ilə ən qısa zamanda Əmir Süleymaninin banneri digər şəhidlər və vəfat etmiş komanda tərəfdarlarının şəkil arasında yer alacaq. Hətta 19-cu super liqa yarışları tamaşaçısız keçiriləcəyi təqdirdə bu əzizlərin banneri stadionda nümayiş etdiriləcək.”- deyə qeyd olunub.

 

 

Bu arada bir çox kürddilli mətbuat orqanı və Teleqram kanalı baş verən hadisə ilə bağlı sevinclərini gizlədə bilməyib. Onlar azərbaycanlı sadə əsgəri rejimin əlaltısı adlandırıb, kürd qruplaşması “Pejak”ın terrorçularını “naməlum silahlı şəxslər” kimi təqdim edib.

 

İranın rəsmi mətbuat orqanları, eləcədə xaricdə fəaliyyət göstərən farsdilli kütləvi informasiya vasitələri də kürd terror cərəyanları ilə eyni mövqe sərgiləyib, xəbəri boykot ediblər. Dövlətin rəsmi xəbər agentlikləri “Fars”, “Təsnim” və “İrna” kimi mətbuat orqanları Əmir Süleymaninin şəhid olması ilə bağlı xəbəri senzura edib.

 

Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

Güney azərbaycanlı əsgəri qətlə yetirənlərin “Pejak” terrorçuları olduğu hələ də gizlədilir

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Süngün mis mədənində fövqəladə vəziyyət hökm sürür-VİDEO

2021-12-05

gun az article

Güney Azərbaycan Milli təşkilatları 21 Azərlə bağlı bəyanat yaydı

2021-12-05

gun az article

Marağalı xeyriyyəçilər yeni məktəblərin tikintisinə başlayıb

2021-12-04

gun az article

Xiyav əhalisi kəskin azalıb-Millət vəkili mərkəzi hökuməti laqeydlikdə suçlandırdı

2021-12-04

gun az article

Urmuda 2700 il yaşı olan qiymətli tarixi kurqan məhv edilib

2021-12-04

gun az article

Urmu gölündə duz fırtınasının baş verməsi təsdiq edildi

2021-12-04

gun az article

Şərqi Azərbaycanda işsizlik artıb: Son statistika açıqlandı

2021-12-04

gun az article

Güney Azərbaycan şəhərlərində ekoloji fəlakətə etiraz aksiyaları davam edir

2021-12-04

gun az article

Binabdan köç artıb: Sərmayəçilər bölgədən qaçır

2021-12-04

gun az article

“Traxtur”un qapıçısı Çempionlar Liqasının ən yaxşısı seçildi

2021-12-04

gun az article

Təbrizin cümə imamı Türkiyəyə aviareyslərin çox olmasından narazılığını bildirib

2021-12-04

gun az article

Ərdəbilli fəallar məsulların anti-Azərbaycan siyasətlərinə etiraz ediblər-FOTO

2021-12-04

gun az article

Süngün mis mədəninin işçilərinə təzyiqlər güclənib: Onlara yemək və su verilmir

2021-12-03

gun az article

Təbrizdə qazdan zəhərlənmə halları çoxalıb

2021-12-03

gun az article

Təbrizli millət vəkili hökuməti nüvə danışıqlarında yanlış mövqe tutmaqda ittiham edib

2021-12-03

gun az article

Türkcə çəkilmiş “Atabay” filmi Güney Azərbaycanda böyük uğur qazanıb

2021-12-03

gun az article

Təbrizin ətrafında yerləşən əkin və otlaq sahələri məhv ola bilər: Şəhər fərmandarından xəbərdarlıq

2021-12-03

gun az article

Təbrizə qar yağdı - FOTOLAR

2021-12-03

gun az article

Kərəcdə Urmu gölü ilə bağlı aksiya keçirilib-FOTOLAR

2021-12-03

gun az article

Güney Azərbaycan təşkilatı BMT “Milli dil və etnik azlıqlar” mövzusunda keçirilən toplantısına qatılıb

2021-12-03