SON XƏBƏRLƏR

“Traxtur” klubuna oyunçu transferi haqda son məlumat

2021.10.20, 07:36
“Traxtur” klubuna oyunçu transferi haqda son məlumat

Gunaz.tv

GünAz TV: Güclü oyunçularla növbəti mövsümə hazırlaşan Təbrizin “Traxtur” futbol klubu komandaya yeni oyunçular cəlb edib.

 

Son məlumata görə, Abadanın “Neft” komandasının keçmiş oyunçusu Əli Abdullazadə “Traxtur” komandasına cəlb olunub.

 

İranın bir neçə məşhur komandasında oynayan sağ cinah müdafiəçisi klubla 3 illik müqavilə imzalayaraq Con Toşakın yetirmələrinə qoşulub.

 

“Traxtur” klubunun rəsmi saytında yayılan məlumata görə, Xuzistanın “Fulad” komandasının keçmiş oyunçusu Məhəmməd Əhl-Şaxə də Azərbaycan komandasına transfer edilib. 24 yaşlı futbolçunun 3 illik müqavilə əsasında “Traxtur”a cəlb olunduğu bildirilir.

 

Azərbaycan klubu bundan əvvəl Əlirza Nağızadə, Məhəmməd Təyyebi və Möhsün Fruzan kimi oyunçularla  müqavilə imzalayıb.

 

Bu arada ötən mövsümdə “Traxtur” komandasının kapitanı olmuş Mehdi Kiyaninin komandadan ayrıldığı bildirilir. “Sepahan”la 2 illik müqavilə bağlayan M.Kiyani, Məhəmməd İranpuryan və Hadi Məhəmmədidən sonra komandadan ayrılan üçüncü oyunçudur. Mətbuatda yayılan məlumata görə, yaxın günlərdə “Traxtur”un oyunçusu Məhəmməd İbrahimi də komandadan ayrılaraq Tehranın “Peykan” komandasına  qoşula bilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar