SON XƏBƏRLƏR

“Traxtur” klubundan son məlumat

2021.10.20, 07:36
“Traxtur” klubundan son məlumat

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” Futbol Klubunun İdarə Heyətinin rəisi Abbas İlyasi “Səhənd” kanalının proqramına qatılaraq təmsil etdiyi klubla bağlı bir çox məsələyə aydınlıq gətirib.

 

İlk öncə komandanın baş məşqçisi Corc Likenz barəsində danışan klub rəsmisi bildirib ki, hələlik Corc Likenz komandanın rəsmi baş məşqçisidir. O rəsmi şəkildə bu postda olduğu müddətdə başqa bir baş məşqçi ilə müzakirə aparmaq düzgün deyil. Lakin yaxın günlərdə idarə heyətinin keçirəcəyi iclasda onun komandada gələcək fəaliyyəti ilə bağlı qərar veriləcək.

 

Abbas İlyasi klub üçün yeni icraçı direktorun təqdim olunması məsələsinə də toxunub. “İcraçı direktorla bağlı klubda sabitlik olmadı, bu məsələ bizə ziyan vurdu. Lakin bu postda işləyənlər də çox zəhmət çəkdilər, amma şəxsi işləri ilə bağlı bizimlə fəaliyyətlərini davam etdirə bilmədilər. Vurğulamaq istəyirəm ki, yeni icraçı direktor mütləq yeli bir insan olacaq və bu barədə yaxın zamanda yaxşı xəbərlər eşidəcəksiniz.”- deyə o bildirib.

 

Klubun İdarə heyətinin rəisi komanda oyunçularının gələn mövsümdəki fəaliyyəti ilə bağlı bildirib ki, Məsud Şucayi duyğusallığa qapılaraq bir söz deyib, lakin onunla heç bir problemimiz yoxdur. Bizim onunla 3 illik müqaviləmiz var, o “Traxtur”da fəaliyyətini davam etdirəcək. Lakin Li Heri Ervin çox nizam-intizamsızlıq etdi, ondan şikayət etmişik. Antoni Stokes və Yukiya Sugitanın isə bizimlə müqavilələri var. Biz ötən mövsümdə Antonis Stokesin potensialından yetəri qədər istifadə edə bilmədik. Hesab eliyirəm ki, o gələn mövsüm üçün daha hazırlıqlı olacaq.

 

Abbas İlyasi

 

Abbas İlyasi sözlərinin sonunda İran yığmasının qapıçılarından biri ilə müzakirə aparıldığı barədə yayılan xəbərlərə də cavab verib. “Biz komandanı yeni təhvil aldığımızda oyunçular “Traxtur”a qoşulmaq istəmirdi. Lakin indi bunu sevərək edirlər. Rahat olun bu barədə sizə yaxşı xəbərlərimiz olacaq.”- deyə o bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar