SON XƏBƏRLƏR

“Traxtur” klubunun Əli Dayi ilə müzakirə aparması barədə yayılan xəbər təkzib edildi

2021.10.20, 07:36
“Traxtur” klubunun Əli Dayi ilə müzakirə aparması barədə yayılan xəbər təkzib edildi

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol klubu tanınmış baş məqşçi Əli Dayi ilə müzakirə aparıldığına dair yayılan şayiələri təkzib edən bəyanat yayıb.

 

Bəyanatda deyilir:

“Super liqa yarışları ilə məşğul olduğumuz bir vaxtda klub rəhbərliyinin digər baş məşqçilərlə müzakirə apardığına dair ziddiyyətli xəbərlər yayılır. Klubun ictimaiyyətlə əlaqələr şöbəsi bu barədə yayılan bütün xəbərləri təkzib edərək rəhbərliyin hər hansı baş məşqçi ilə müzakirə aparmadığını elan edir. Bəzi kütləvi informasiya vasitələrinin bu kimi şayiələri “Traxtur” komandasını diqqət mərkəzindən uzaqlaşdırmağa yönəlib. Hər kəs bilməlidir ki, klubla bağlı xəbərlər yalnız “Traxtur”un rəsmi mətbuat orqanlarının vasitəsi ilə yayılır.”

 

Ötən günlərdə bəzi kütləvi informasiya vasitələrində “Traxtur” klubunun baş məşqçi Əli Dayi ilə müzakirə apardığı barədə xəbər yayılıb. Hətta nəşriyyələrdən biri tərəflər arasında razılıq əldə olunduğunu da iddia edib.

 

Qeyd edək ki, Əli Dayi mayın 2-də baş məşqçisi olduğu “Saypa” klubunun rəhbərliyi haqda verdiyi açıqlamalara görə komandadan uzaqlaşdırılıb. Bundan sonra “Traxtur” klubu ilə baş məşqçi arasında müzakirələrin aparılıldığı haqda yayılan şayiələr daha da artıb. Ona görə də Təbriz klubu əsası olmayan şayiə barədə bəyanat yaymağa məcbur olub.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar