““Traxtur” klubunun hesabında bir rial belə pul yoxdur”- Klub rəsmisi

01.12.2017, 11:44

GünAz TV: Təbrizin “Traxtur” futbol klubunun rəis müavini Kazim Şəhriyari təsmil etdiyi klubun maliyyə durumu ilə bağlı mətbuata açıqlama verib.

 

Bütün çətinliklərə baxmayaraq “Traxtur”un Asiya Çempionlar Liqasına vəsiqə qazanmasının sevincini komanda tərəfdarları ilə paylaşan Kazim Şəhriyari hazırda “Traxtur”un kimsəyə borclu olmadığını, lakin hələ də maliyyə sıxıntısı içində olduğunu diqqətə çatdırıb.

 

“Uzun illərdir cəmləşən daxili və xarici borclardan azad olduq. Bu ilk dəfədir ki, FİFA və Futbol Federasiyasının İnzibati Komitəsində borcla bağlı heç bir dosyemiz yoxdur. Lakin qısa müddətdə 11 milyard tüməndən çox borc ödəmək klub üçün bir çox problemlər yaradıb. Hətta hazırda klubun hesabında bir rial belə pul yoxdur. Hazırda komandada oynayan oyunçulara isə müqavilədə təyin olunmuş məbləğin 20 faizi ödənilib. Lakin onlara ödəniləcək qalan məbləğ də yaxın müddətdə  ödənilməlidir. Həmçinin mövsümün ikinci yarısı üçün oyunçu transferinə də ehtiyac var və bütün bunlar üçün pul tələb olunur. Klubun büdcəsi sadəcə sponsorlar və gəlir əldə etmək üçün gördüyümüz işlərdən təmin olunur. Əslində Asiya Çempionlar Liqasına seçilən komandalara yardım vəd edilib, lakin bu günə qədər bizə heç bir vəsait təhvil verilməyib. Hazırda “Traxtur” klubu ciddi maliyyə sıxıntısı ilə üz-üzədir”- deyə o vurğulayıb.

 

Klub rəisinin müavini sözlərinin davamında səlahiyyətli məsulları komandaya yardım etməyə çağırıb.

 

“İndi yardımlaşma və işbirli vaxtıdır. Komanda Tərəfdarları nigaranlıq hissi keçirir. Xoşbəxtlikdən məsullar da komandanın problemlərinin həll olunmasına müsbət baxır. Lakin biz istəyirik ki, məhz bu həssas günlərdə “Traxtur”a yardım edilsin. Biz mövsümün ikinci yarısı üçün komandaya yeni oyunçular cəlb edərək Asiya Çempionlar Liqasına güclü şəkildə hazırlanmalıyıq. Ümid edirəm ki, Şərqi Azərbaycan məsulları bu həssas günlərdə “Traxtur”u yalnız buraxmayacaqlar”- deyə Kazim Şəhriyari yerli məsullara müraciət edib.

 

Qeyd edək ki, İran rejimi Təbrizin “Traxtur” futbol komandasını zəiflətmək üçün ona və tərəfdarlarına müxtəlif bəhanələrlə təzyiq edir. Dövlət yardımından məhrum olan Azərbaycan komandası bu il maliyyə sıxıntısı ucbatından FİFA-nın oyunçu transferi qadağası ilə üzləşib. Klub yeni oyunçular cəlb edə bilmədiyi üçün super liqa yarışlarında zəif çıxış etməkdədir. Komanda tərəfdarları klubun maliyyə problemlərinin çözüləcəyinə ümid edir.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Dörd gün öncə azadlığa buraxılmış güneyli milli fəal yenidən həbs edilib

2022-05-24

gun az article

İctimai fəal Ruqəyyə Beygdelinin sürgün cəzasının müddəti artırılıb

2022-05-24

gun az article

İran Məhkəmə sisteminin sözçüsü güneyli alimlə bağlı açıqlama verib

2022-05-24

gun az article

Ərtoğrul Sağlam İran Futbol Federasiyasına xəbərdarlıq etdi

2022-05-24

gun az article

Duz fırtınaları Güney Azərbaycan şəhərlərini təhdid edir

2022-05-24

gun az article

"Parlaq gələcək”də müzakirə: “1 Xordad (22 May) qiyamının ildönümü və Güney Azərbaycan gəncliyi” -VİDEO

2022-05-24

gun az article

“Azadlıq səsi”ndə müzakirə:  “1 Xordad 1 (22 may) qiyamının ildönümü”-VİDEO

2022-05-24

gun az article

Təbrizdə hava çirkliliyi təhlükəli səviyyəyə çatıb

2022-05-24

gun az article

Təbrizdə işçilər etiraz aksiyası keçirib

2022-05-24

gun az article

İran sərhədçiləri Azərbaycan vətəndaşını güllələyib

2022-05-23

gun az article

Abbas Lisani məhkəməyə çağırılıb

2022-05-23

gun az article

"Rejim azərbaycanlıları öz istəklərindən vaz keçməyə məcbur edə bilməyəcək"- Tanınmış vəkil

2022-05-23

gun az article

Zənganda məhkum edam edilib

2022-05-23

gun az article

Aclıq aksiyası keçirən siyasi məhbusun durumu ağırlaşıb

2022-05-23

gun az article

“Düşünməyə çağırış” proqramında müzakirə: “Türklüyümüz: Türkiyə və Turan”-VİDEO

2022-05-23

gun az article

Güneyli alimin xanımı Avropa Birliyinə müraciət etdi: “Həyat yoldaşımın öldürülməsinə imkan verməyin”

2022-05-23

gun az article

“İranda səfalətin əsas səbəbi sanksiyalar deyil, yanlış siyasətdir”- Əhməd Obalı Amerikanın CBS televiziyasına  müsahibə verib

2022-05-22

gun az article

Güney Azərbaycanda şovinist fars hakimiyyətinə qarşı "May qiyamı"dan 16 il ötür

2022-05-22

gun az article

İranda təqaüdçülərin həftəlik etiraz aksiyası keçirilir

2022-05-22

gun az article

Ərazisində tarixi abidə aşkarlanmış Təbriz bazarında tikinti davam edir-VİDEO

2022-05-22