“Traxtur” klubunun sahibi və klub rəsmilərindən “Perspolis” tərəfdarlarının təhqirlərinə etiraz

28.01.2020, 12:21

GünAz TV: Bazar günü Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın “Traxtur” komandaları arasında keçirilən görüş zamanı, eləcə də  oyun bitdikdən sonra görüşə ev sahibliyi edən komandanın tərəfdarları “Traxtur” komandası və Azərbaycan türk millətini kobud təhqirlərə məruz qoyublar.

 

“Traxtur” klubunun sahibi Məhəmmədrza Zenuzi baş verən hadisəyə reaksiya verərək “Perspolis” klubu və tərəfdarlarının bu hərəkətini pisləyib.

 

““Perspolis” bizdən nəyin intiqamını alır?! Biz Təbrizdə onlara güldən ağır söz deməmişik. Hətta komandamız uduzduğu zaman azarkeşlərimiz təhqirə yol vermədilər.

Məhəmmədrza Əkbəriyan dəfələrlə “Traxtur”un əleyhinə fit çalıb. Futbol Federasiyasının “Traxtur”-“Perspolis” oyunu üçün onu hakim seçməsi bu məsələlərə səbəb oldu. Ona görə də baş verən hadisələrə görə Futbol Federasiyası məsuliyyət daşıyır.”- deyə Məhəmmədrza Zenuzi bildirib.

 

Məhəmmədrza Zenuzi

 

“Traxtur” klubunun icraçı direktoru Əyyub Zülfiqari də “Perspolis” tərəfdarlarının irqçi hərəkətlərinə rekasiya verib. O bildirib ki, bu vəziyyətdə super liqa yarışlarının dayandırılması daha yaxşı olardı.

 

İcraçı direktor bu barədə “İrna” xəbər agentliyinə danışıb.

“Futbol Federasiyası bu kimi təhqirlərə bir dəfə də olsa kəskin cavab verməli və düzgün qərar qəbul etməlidir.

Maraqlıdır stadiona bu qədər daş necə gətirilmişdir?! Bu, ölkənin idman camiəsini düşündürməlidir.

“Traxtur” tərəfdarları yalnız öz komandasını təşviq edirdi. Lakin rəqib komandanın tərəfdarları təhqiramiz şüar verib və daş atmağa başladığı zaman onlar da cavab verməli oldular.

Futbol Federasiyasının İnzibati Komitəsi hər zaman “Perspolis” tərəfdarlarının kobud və təhqiramiz hərəkətlərinə göz yumub. Bu məsələ “Traxtur”, “Sepahan”, “Fulad”, “Nəssaci” və digər komandaların tərəfdarlarını düşündürür.”- deyə o bildirib.

 

Əyyub Zülfiqari

 

Əyyub Zülfiqari hakim Məhəmmədrza Əkbəriyanın verdiyi qərarlara da öz etirazını bildirib. “Hamı hakimin oyunu necə idarə etdiyini və verdiyi qərarları müşahidə etdi. Hər iki komandanın baş məşqçiləri müəyyən məsələlərə görə etiraz etdilər. Lakin yalnız “Traxtur”un baş məşqçisi Sakit İlhami xaric edildi. Hakim “Perspolis”in hücumçusu Osaqunaya yol verdiyi qanun pozuntularına görə qırmızı kart götərməli idi. Lakin “Perspolis”in ziyanına olmasın deyə oyunçunun hərəkətlərinə göz yumdu.”- deyə “Traxtur”un icraçı direktoru əlavə edib.

 

Xatırladaq ki, “Traxtur”-“Perspolis” görüşü yanvarın 26-da Tehranın Azadi stadionunda keçirilib. Oyun boyu “Perspolis” tərəfdarları rəqib komanda və Azərbaycan türk millətini kobud təhqirlərə məruz qoyub. Sonda oyun hakimin qərəzli və yanlış qərarlarının nəticəsi olaraq 2:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

 

İran Gənclər və İdman Nazirliyinin dəstək verdiyi komandanın tərəfdarları yalnız görüş zamanı deyil, oyun bitdikdən sonra da təhqiramiz hərəkətlərini davam etdiriblər.

Oyundan sonra Azərbaycan komandası və türk millətinə qarşı yönələn olduqca təhqiramiz bir video sosial şəbəkələrdə paylaşılıb. Bu göstərir ki, panfarsistlərin Azərbaycana qarşı təhqirləri yalnız stadionla məhdudlaşmır.

 

https://www.youtube.com/watch?v=25vqw6SEM2E&feature=emb_logo

 

“Perspolis” tərəfdarları çəkdikləri təhqiramiz klipi sosial şəbəkələr, o cümlədən İnstaqramda yaymaqla milyonlarla Güney Azərbaycan türkünə qarşı olan nifrətlərini nümayiş etdiriblər.

 

Əslində şovinistlərin bu kimi hərəkətləri “Perspolis” və “İstiqlal” komandaları ilə görüşdə hər zaman müşahidə olunub. Lakin İdman Nazirliyi və digər səlahiyyətli orqanlar böyük bir milləti təhqirə məruz qoyan irqçilərin qarşısında susmağa üstünlük verir. Hökumətin bu mövqeyi hər zaman azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

BMT-də İran və Ermənistan haqqında sərt sözlər – VİDEO

2023-03-25

gun az article

Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

2023-03-25

gun az article

İranda uruc tutmayanların iş yerləri bağlanır

2023-03-25

gun az article

ABŞ senatoru: "İran neft emalı zavodları vurulsun"

2023-03-25

gun az article

İranda yol qəzalarında hər gün 40 nəfər həyatını itirir

2023-03-25

gun az article

Zahidanda nümayişlər keçirilib

2023-03-25

gun az article

Suriyada öldürülən İrana bağlı qüvvələrin sayı artdı

2023-03-25

gun az article

Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”

2023-03-25

gun az article

“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”

2023-03-25

gun az article

Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşları Krımdan çıxır”

2023-03-24

gun az article

Sülhməramlıların yerləşdiyi ərazimizdəki qanunsuz erməni silahlıları mövqelərimizi atəşə tutub

2023-03-24

gun az article

Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

2023-03-24

gun az article

Əli Xameneyinin istefasını tələb edən qadının ağır həbs cəzası təsdiq edildi

2023-03-24

gun az article

BMT nümayəndəsi Tehran rejiminə qarşı təzyiqlərin artırılmasını istədi

2023-03-24

gun az article

Son iki ildə İrana bağlı silahlılar onlar dəfə Amerika qüvvələrinə hücum ediblər

2023-03-24

gun az article

Suriyada İrana bağlı silahlılar öldürülüb

2023-03-24

gun az article

Brüsseldə Tehran müxalifləri etiraz aksiyası keçirib

2023-03-24

gun az article

SEPAH-ın daha bir komandanı sərhədimizə gəldi

2023-03-24

gun az article

İranda 5,6 gücündə zəlzələ olub

2023-03-24

gun az article

“ABŞ Qərb banklarının rus oliqarxları ilə əlaqələrini araşdıracaq”- “Bloomberg”

2023-03-24