SON XƏBƏRLƏR

“Traxtur” klubunun yeni sahibi komandaya xarici baş məşqçi cəlb edə bilər

2021.10.20, 07:36
“Traxtur” klubunun yeni sahibi komandaya xarici baş məşqçi cəlb edə bilər

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlərdə satışa çıxarılan Təbrizin “Traxtur” futbol klubunun yeni sahibi tanınmış iş adamı Məhəmmədrza Zenuzi olub.

 

 “Qostəreşe fulad” klubunun da sahibi olan M.Zenuzi “Traxtur”a daha yaxşı diqqət yetirmək üçün bundan əvvəl sahibi olduğu klubu satışa çıxarıb. Bunu həm də qanun tələb edir. Bir liqada iki komandanın eyni mənbədən maliyyələşməsi qadağan olduğu üçün M.Zenuzi “Qostəreşe fulad”ı satışa çıxarmağa məcburdur.

 

Mətbuatda yayılan məlumata görə, bu günə qədər “Qostəreşe fulad”a maraq göstərənlərin hamısı qeyri-təbrizli şəxslərdir, ona görə də 18-ci super liqa yarışlarında böyük ehtimalla Təbriz yalnız “Traxtur” komandası ilə təmsil olunacaq.

 

Son iki gündə M.Zenuzi ilə “Traxtur” klubunun keçmiş icraçı direktorunun Tehranda keçirdiyi görüşlərdə oyunçularla klub arasında olan müqavilələr barədə geniş söhbət aparılıb, məlum olub ki, klubun yeni sahibi yaxın günlərdə komandanın gələcək baş məşqçisi haqda qərar verəcək.

 

Sosial şəbəkələrdə isə Mustafa Denizli, Şenol Günəş və Filips Maqat kimi xarici baş məşqçilərin “Traxtur”a cəlb olunacağı ehtimalıdan danışılır.

 

Məlumata görə, M.Zenuzi komandaya xarici baş məşqçi gətirmək istəyir, o hələlik iranlı baş məşqçi haqda düşünmür.

 

Klub sahibi güclü komanda qurmaq üçün böyük məbləğdə büdcə vəsaiti ayırıb, o komandaya ən güclü oyunçular cəlb etməyi planlaşdırılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar