SON XƏBƏRLƏR

“Traxtur” klubunun yeni sahibi məlum olub

2021.10.20, 07:36
“Traxtur” klubunun yeni sahibi məlum olub

Gunaz.tv

GünAz TV: Ötən günlərdə satışa çıxarılan Təbrizin “Traxtur” futbol klubunun yeni sahibi məlum olub.

 

Bu barədə klubun icraçı direktoru Abbas İlyasi məlumat verib.

 

O klubun hərrac nəticəsində bir neçə sənaye müəssisəsinin sahibi olan Məhəmmədrza Zenuziyə ötürüldüyü haqda yayılan məlumatı təsdiq edərək bildirib ki, klubun yüz faiz səhminin M.Zenuziyə ötürüldüyü qətiləşib. Artıq bu açıqlamanı rəsmi elan kimi qəbul edə bilərsiniz.

 

Ötən günlərdə bir çox mətbuat orqanı M.Zenuzinin hərracda qalib gələcəyini bildirmişdir.

 

Klubun icraçı direktoru hərracın nəticəsinin gec açıqlanmasını ehtiyat və diqqətlə qərar vermək, həmçinin klubun ötürülməsi ilə bağlı şərtlərlə əlaqələndirib.

“komanda tərəfdarları oyunçu transferi ilə bağlı narahat olmasınlar. Ona görə ki, klubun gələcək rəhbərliyi indidən bu məsələ üzərində işləyir. Hətta yeni baş məşqçi və oyunçularla müzakirələr də başlayıb. Böyük ehtimalla komandanın baş məşqçisi xarici bir mütəxəssis olacaq”- deyə Abbas İlyasi  bildirib.

 

O sözlərinin davamında hər kəsi klubun yeni sahibi və komandaya dəstək verməyə çağıraraq “Traxtur” və onun tərəfdarlarına uğurlar arzulayıb.

 

Azərbaycanın sevimli “Traxtur” klubu mayın 12-dən 19-dək hərraca çıxarılmışdır. Bu müddətdə Traktorqayırma Şirkətinin Katibliyinə müştərilər tərəfindən təkliflər paketi göndərilib.

 

“Traxtur” klubu 2010-cu ildə “Sepah”a ötürüldükdən sonra çoxlu problemlərlə üz-üzə qalıb. İran Futbol Federasiyası İnzibati Komitəsinin klub və onun tərəfdarlarına qarşı ardı kəsilməyən qərarları, FİFA-nın “Traxtur” haqda tətbiq etdiyi oyunçu tranferi qadağası və maliyyə sıxıntıları Azərbaycan klubunun üzləşdiyi çoxsaylı problemlərdən bir neçəsidir. Son vaxtlar klubun getdikcə hərbi hissəyə çevrilməsindən narahat olan komanda tərəfdarları bu vəziyyətin dəyişməsi və “Sepah”ın klubdan uzaqlaşmasını tələb etmişdilər. Bundan sonra klubun icraçı direktoru Mustafa Acorlu tutduğu vəzifədən istefa etdi, onun ardınca bir neçə vəzifəli şəxs klubdan uzaqlaşdırıldı. Nəhayət ki, “Sepah” klubun özəl sektora buraxılması ilə bağlı qərar qəbul etdi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar