SON XƏBƏRLƏR

“Traxtur” komandası “Əlğərafə”yə məğlub oldu

2021.10.20, 07:36
“Traxtur” komandası “Əlğərafə”yə məğlub oldu

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası fevralın 19-ü saat 18:30-da Dohanın Sani İbni Casim stadionunda Qətərin “Əlğərafə” komandası ilə qarşılaşıb.

 

Asiya Çempionlar Liqasının A qrupunun növbəti qörüşünün qalibi meydan sahibi olub. Oyun olduqca həyəcanlı və qarşılıqlı hücumlarla keçsə də, “Traxtur” klubu gözlənilməz şəkildə 3:0 hesabı ilə “Əlğərafə”yə uduzub.

 

Qətər komandasına qələbə qazandıran qolların ikisi 11 və 90+4-cü dəqiqədə iranlı hücumçü Mehdi Tarəmi tərəfindən vurulub. 21-ci dəqiqədə isə “Traxtur” oyunçusu Şim Qrikov bir yanlış nəticəsində öz qapısına qol vurub.

 

Bu görüşdə “Əlğəraf”ə komandasında oynayan iranlı hücumçu Mehdi Tarəmi ən güclü oyunçu kimi çıxış edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar