SON XƏBƏRLƏR

“Traxtur” komandası “İstiqlal”la qarşılaşacaq – Tehranda

2021.10.20, 07:36
“Traxtur” komandası “İstiqlal”la qarşılaşacaq – Tehranda

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində ən prinsiial yarışlarından birinə hazırlaşır.

 

İran üzrə futbol klublarının 18-ci super liqa yarışlarının 3-cü həftəsində keçiriləcək görüşdə “Traxtur” Tehranın “İstiqlal” komandası ilə qarşılaşacaq.

 

Görüş avqustun 10-u yerli vaxtla saat 20:30-da Tehranın Azadi stadionunda baş tutacaq.

 

“Traxtur”-“İstiqlal” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

“İstiqlal” komandası ilə görüş “Traxtur” üçün ən prinsipial oyunlardan biri sayılır. Paytaxt komandası güclü rəqib olmaqla yanaşı, bu komandanın tərəfdarları stadionlarda “Traxtur” və Azərbaycan türk millətinə qarşı irqçi şüarlar səsləndirir. Bu cəhətdən “Traxtur”-“İstiqlal” görüşü xüsusi həssaslıqla qarşılanır. Tehranda milyonlarla soydaşımız yaşadığı üçün bu görüşdə çox sayda “Traxtur” tərəfdarının tamaşaçı qismində iştirak edəcəyi gözlənilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar