GünAz TV: Təbrizin “Traxtur” futbol komandası bazar günü Məşhədin təmsilçisi “Pədidə” ilə qarşılaşacaq.
İran üzrə futbol klublarının super liqa yarışlarının 7-ci həftəsində keçiriləcək görüş Məşhədin “Samin-ul Əemmə” stadionunda baş tutacaq.
Görüş sentyabrın 23-ü Təbriz vaxtı ilə saat 19:00-da başlayacaq.
“Traxtur”-“Pədidə” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.
Bu arada Təbrizin “Maşinsazi” komandası builki super liqa yarışlarında ilk qələbəsini qazanıb. Sentyabrın 21-də “Pars Cənubi Cəm” komandasını “Bonyan Dizel” stadionunda qəbul edən “Maşınsazi” 1:0 hesabı ilə rəqibini məğlubiyyətə uğradıb.
“Maşınsazi”yə qələbə qazandıran qol oyunun 3-cü dəqiqəsində Rza Xaliqifər tərəfindən vurulub.
N.S