SON XƏBƏRLƏR

“Traxtur” komandası “Pas”la qarşılaşacaq

2021.10.20, 07:36
“Traxtur” komandası “Pas”la qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası bazar günü Həmədan təmsilçisinin qonağı olacaq.

 

“Traxtur” İran kuboku çərçivəsində keçiriləcək birinci yarışda “Pas” komandası ilə qarşılaşacaq.

 

Görüş sentyabrın 29-u Təbriz vaxtı ilə saat 15:30-da Həmədanın Hacı Babayi stadionunda başlayacaq.

 

“Traxtur”-“Pas” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Qeyd edək ki, Azərbaycanı İran super liqasında təmsil edən “Traxtur” komandası yarışların 5-ci həftəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda tərəfdarları Mustafa Dənizlinin yetirmələrinin İran kubokunda da güclü çıxış edəcəyinə ümid edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar