SON XƏBƏRLƏR

“Traxtur” komandası “Perspolis”lə qarşılaşacaq / Tehran komandasının tərəfdarları “Traxtur”a qarşı irqçi şüarlar səsləndirib – VİDEO

2021.10.20, 07:36
“Traxtur” komandası “Perspolis”lə qarşılaşacaq / Tehran komandasının tərəfdarları “Traxtur”a qarşı irqçi şüarlar səsləndirib – VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası ən önəmli görüşlərindən birinə hazırlaşır.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 17-ci həftəsində “Traxtur” Tehranın “Perspolis” komandası ilə qarşılaşacaq.

 

Görüş dekabrın 29-u Təbriz vaxtı ilə saat 14:30-da Tehranın Azadi stadionunda başlayacaq.

 

“Traxtur”-“Perspolis” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Təbriz və Tehran komandalarının görüşünə iki gün qalmış  sosial şəbəkələrdə “Perspolis” tərəfdarlarının “Traxtur”a qarşı səsləndirdikləri irqçi şüarları əks etdirən video yayılıb. İrqçilərin hər bir fürsətdə Azərbaycana qarşı hücuma keçməsi, təhqiramiz şüarlar səsləndirməsi soydaşlarımızın kəskin etirazına səbəb olub.

 

https://www.youtube.com/watch?time_continue=15&v=MyK5caAWsgU

 

 

Tehran komandalarının görüşlərində dəfələrlə Azərbaycan və türk millətinə qarşı təhqirmiza şüarlar səsləndirilib, Futbol Federasiyasının İnzibati Komitəsi bütün bunlara səssiz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar