SON XƏBƏRLƏR

“Traxtur” komandası “Saypa”nı məğlub etdi

2021.10.20, 07:36
“Traxtur” komandası “Saypa”nı məğlub etdi

Gunaz.tv

GünAz TV: Tənrizin “Traxtur” futbol komandası ilə Tehranın “Saypa” komandası arasında keçirilən görüş 1:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 4-cü həftəsində Azərbaycan komandası “Saypa”nı Təbrizin səhənd stadionunda qəbul edib, görüş avqustun 17-i yerli vaxtla saat 19:45-də baş tutub.

 

“Traxtur”a qələbə qazandıran qol 76-cı dəqiqədə Danyal İsmailifər tərəfindən vurulub.

 

Bu, “Traxtur”un yeni mövsümdə ilk qələbəsi hesab olunur.

 

Görüşü izləyən 70 min nəfərdən çox “Traxtur” tərəfdarı stadionu dəfələrlə milli şüarlarla lərzəyə gətiriblər.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar