SON XƏBƏRLƏR

“Traxtur” komandası “Zob ahən”i şumladı

2021.10.20, 07:36
“Traxtur” komandası “Zob ahən”i şumladı

Gunaz.tv

GünAz TV: Bu gün Güney Azərbaycanın “Traxtur” futbol klubu İsfahanın “Zob ahən” komandasını Təbrizin səhənd stadionunda qəbul edib.


Təbriz vaxtı ilə saat 15:15-də başlayan oyun 2:1 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.


İlk öncə “Traxtur”un əlcəzairli oyunçusu oyunun 47-ci dəqiqəsində hesabı açıb. 10 dəqiqə sonra Hadi Məhəmmədin vurduğu qolla hesab bərabərləşib. Sasan Ənsari isə 63-cü dəqiqədə vurduğu qolla “Traxtur”a qələbə qazandırıb.

 

Bununla da “Traxtur” komandası 2:1 hesabı ilə İsfahan təmsilçisini məğlubiyyətə uğradıb.


Super liqa yarışlarının 18-ci həftəsində keçirilən görüşdə qələbə əldə olunduqdan sonra “Traxtur” komandası xallarının sayını 33-ə çatdırıb və müvəqqəti olaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.


N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar