SON XƏBƏRLƏR

“Traxtur” komandasından ayrılan fransalı oyunçu: İranda həyatımı təhlükəyə atmaq istəmədim

2021.10.20, 07:36
“Traxtur” komandasından ayrılan fransalı oyunçu: İranda həyatımı təhlükəyə atmaq istəmədim

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasının keçmiş fransalı hücumçusu komandadan ayrılması barədə diqqət çəkən açıqlama verib.

 

Kevin Fortune ilə Azərbaycan komandası arasındakı müqavilə hələlik ləğv olunmayıb, o müqavilə ləğv edilmədən heç bir komandaya transfer edilə bilməz.

 

Futbolçu gələcək fəaliyyəti ilə bağlı xarici bir xəbər agentliyinə verdiyi müsahibədə “Traxtur” komandasından ayrılmasının səbəbini açıqlayıb.

 

“İranla Amerika Birləşmiş Ştatlarının arasında baş verən hadisələri nəzərə alaraq həyatımı təhlükəyə atmaq istəmədim. Bundan əlavə, elə şeylər var idi ki, mənim xoşuma gəlmirdi. Ona görə də Avropa futboluna qayıtmaq qərarına gəldim. İranda hansısa problemim yox idi, lakin ölkəmə gəlib qayıtdıqdan sonra problemlər başladı. Təxminən 15 gün internet olmadı. İranda oyunlara az fasilə verilir. Ölkənin liqası olduqca fizikidir, orada taktiki baxımdan çoxlu çatışmazlıqlar var. Xarici oyunçulardan çox istifadə olunmur.”- deyə o bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar