SON XƏBƏRLƏR

“Traxtur” komandasından möhtəşəm qələbə

2021.10.20, 07:36
“Traxtur” komandasından möhtəşəm qələbə

Gunaz.tv

GünAz TV: Məşhədin İmam Rza stadionunda yerli vaxtla saat 14:30-da bu şəhərin “Pədidə” komandası ilə Təbrizin “Traxtur” takımı arasında başlayan görüş bu dəqiqələrdə qonaq komandanın kəskin qələbəsi ilə sona çatıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 22-ci həftəsində keçirilən görüş 0:3 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

“Traxtur”a möhtəşəm qələbə qazandıran qollar 52-ci dəqiqədə Mehdi Mehdipur, 83 və 90+2-ci dəqiqələrdə Ehsan Pəhləvan tərəfindən vurulub.

 

Bu nəticədən sonra “Traxtur” 25 xalla (imtiyaz) turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib.

 

Görüş zamanı çox sayda Xorasan türkü stadionda tamaşaçı qismində iştirak edib. Onlar oyun boyu sevimli komandaları "Traxtur"u təşviq edib və plakatlar qaldırıblar.

 

 

 

Bu görüş Ərtoğrul Sağlam “Traxtur” klubunda baş məşqçi kimi fəaliyyətə başladıqdan sonra ikinci görüşdür. Birinci görüşdə “Traxtur” eyni stadionda Məşhədin “Siyah cameqan” komandası ilə yanvarın 26-da qarşılaşıb, oyunu 0:0 bərabər hesabla başa vurmuşdur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar