Bu gün Bakı vaxtilə saat 12:30-da Malaziyanın paytaxtı Kuala Lumpur şəhərində Asiya Futbol Federasiyasının (AFC) qərargahında Asiya Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.
Gunaz.tv
Bununlada Təbrizin Traxtur komandasının rəqibləri bəlli olub.
Traxtur komandası 2-ci qrupda BƏƏ-nin “Şarcə”, Özbəkistanın “Paxtakor” və Səudiyyə Ərəbistanının “Əl-Vəhdə” komandaları ilə qarşılaşacaq.
Yarışlar 14 Aprel tarixindən başlayaraq bir ölkədə keçiriləcək.
Azərbaycan komandası “Ölkə Kuboku Çempionatı”nı qazandığı üçün birbaşa Asiya Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
Bununlada Traxtur altıncı dəfə olaraq Asiya Çempionlar Liqası yarışlarına qatılmış olacaq.
C.E