SON XƏBƏRLƏR

“Traxtur” komandasının pərdə arxasındakı teorisyeni kimdir?

2021.10.20, 07:36
“Traxtur” komandasının pərdə arxasındakı teorisyeni kimdir?

Gunaz.tv

GünAz TV: Son vaxtlar Təbrizin “Traxtur” Futbol komandasının qazandığı uğurlar bir çoxlarını prosesin səbəbi barədə düşündürür.

 

Şübhəsiz ki, komandaya güclü oyunçuların transfer edilməsi komandanın mövqeyinə ciddi təsir göstərib, lakin başqa amillərin də bu məsələdə böyük rolu olub.

 

“Vərzesh11” saytı təcrübəli baş məşqçi Corc Likenzin komandaya cəlb olunmasını yüksək qiymətləndirərək bu faktorun “Traxtur”un əldə etdiyi son qələbələrdə böyük rol oynadığını deyib. Bununla yanaşı qeyd olunub ki, belçikalı baş məşqçinin xüsusi köməkçisi Patrik De Vildin bu qələbələrdə böyük xidməti var. Çoxları inanır ki, Patrik De Vild “Traxtur” və rəqib komandaların oyunçularını və onların potensial gücünü yaxşı qiymətləndirərək baş məşqçinin verdiyi qərarlara olduqca müsbət təsir edir. Ona görə də “Traxtur” klubu ilə yaxından tanış olanlar onu komandanın pərdə arxasındakı böyük teorisyeni kimi görür.

 

 

Qeyd edək ki, 18-ci super liqa yarışlarının əvvəllərində bir çox problemlə üzləşərək meydanlarda gözlənilən oyunu nümayiş etdirə bilməyən “Traxtur” hazırda turnir cədvəlinin birinci 3 komandasından birinə çevrilib və çempionluğa iddialı olan əsas komandalardan biridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar