SON XƏBƏRLƏR

“Traxtur” komandasının “Peykan”la təxirə salınan görüşü sabah baş tutacaq

2021.10.20, 07:36
“Traxtur” komandasının “Peykan”la təxirə salınan görüşü sabah baş tutacaq

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasının super liqa yarışlarının 12-ci həftəsində təxirə salınan görüşü sabah baş tutacaq.

 

“Traxtur” komandası sabah Tehranın “Peykan” klubunun qonağı olacaq.

 

Görüş dekabrın 28-i yerli vaxtla saat 15:00-da “Şəhr-i Qüds” stadionunda keçiriləcək.

 

“Traxtur”-“Peykan” oyununu GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Qeyd edək ki, rejim bahalığa qarşı keçirilən etirazların İran və Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq bir neçə futbol görüşü, o cümlədən “Traxtur”un “Şəhr-i Xodro” və “Peykan” komandaları ilə oyununu təxirə salmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar