SON XƏBƏRLƏR

“Traxtur” komandasının təxirə salınan görüşü sabah baş tutacaq

2021.10.20, 07:36
“Traxtur” komandasının təxirə salınan görüşü sabah baş tutacaq

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandasının super liqa yarışlarının 11-ci həftəsində təxirə salınan görüşü sabah baş tutacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışları çərçivəsində “Traxtur” klubu “Şəhr-i Xodro” komandasını qəbul edəcək.

 

Görüş dekabrın 24-ü yerli vaxtla saat 15:30-da Təbrizin səhənd stadionunda keçiriləcək.

 

“Traxtur”-“Şəhr-i Xodro” oyununu GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Qeyd edək ki, rejim İranda bahalığa qarşı keçirilən etirazların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq bir neçə futbol görüşü, o cümlədən “Traxtur”un “Şəhr-i Xodro” və “Peykan” komandaları ilə oyununu təxirə salmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar