SON XƏBƏRLƏR

“Traxtur” komandasının türkiyəli tərəfdarları banner nümayiş etdirib: “Təbriz, Bakı, Ərzurum – Biz hara, farslar hara” – GÖRÜNTÜ

2021.10.20, 07:36
“Traxtur” komandasının türkiyəli tərəfdarları banner nümayiş etdirib: “Təbriz, Bakı, Ərzurum – Biz hara, farslar hara” – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol takımının türkiyəli tərəfdarları komandanın məşqləri zamanı milli şüarlar yazılmış banner nümayiş etdirib.


“Traxtur” komandası iyulun 10-dan Ərzurumun “Polat Resort” düşərgəsində 2 həftəlik təlim-məşq toplanışına başlayıb.


Güney Azərbaycan komandasının məşq keçirdiyi düşərgədə davamlı olaraq milli şüarlar səsləndirilir. “Traxtur” tərəfdarları məşq keçirilən zaman “Təbriz, Bakı, Ərzurum – Biz hara, farslar hara” banneri və böyük öndər Mustafa Kamal Atatürkün görüntüsünü nümayiş etdiriblər.


Türkiyənin şərqində yerləşən Ərzurum şəhəri və ətraf bölgələrdə çox sayda Azərbaycan türkləri yaşayır. “Traxtur” komandasının Türkiyənin hər yerində olduğu kimi, Ərzurum bölgəsində də çoxlu tərəfdarı var.


Xatırladaq ki, Güney Azərbaycan komandasını hal-hazırda məşhur türkiyəli baş məşqçi Mustafa Dənizli çalışdırır.

 

 

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar