SON XƏBƏRLƏR

“Traxtur”la məşhur “Adidas” Şirkəti arasında əməkdaşlıq genişlənir

2021.10.20, 07:36
“Traxtur”la məşhur “Adidas” Şirkəti arasında əməkdaşlıq  genişlənir

Gunaz.tv

GünAz TV: Dünya şöhrətli idman brendi “Adidas” şirkəti gələn mövsümdə Güney Azərbaycanın “Traxtur” komandası üçün xüsusi köynək hazırlayacaq.


Xəbər verdiyimiz kimi, avqustun 13-də Təbrizin Purşərifi salonunda keçirilən mərasimdə “Adidas” şirkətinin “Traxtur” komandasının sponsoru olduğu açıqlandı.
Son məlumata görə, klubla məşur şirkət arasındakı əməkdaşlıq daha da genişlənir. Bu barədə klubun icraçı direktoru Qulamrza Sadiqiyan məlumat verib.


“Bu il “Adidas” Şirkəti ilə bir çox müzakirələr aparıldı, aramızda müqavilə bağlandıqdan sonra şirkətin hazırladığı köynəkləri İstandulda təhvil aldıq. Lakin əməkdaşlığımız davam  edir. Şirkət təklif etdi ki, gələn mövsümdə (2020-2021-ci illər) “Traxtur” üçün xüsusi köynək hazırlasın. Biz də bununla razılaşdıq.”- deyə icraçı direktor bildirib.


Qeyd edək ki, “Traxtur” klubunun sahibi Məhəmədrza Zenuzi o halda “Adidas” kimi dünya şöhrətli bir şirkətlə müqavilə imzalayıb ki, İranın əksər klubları müəyyən problemlərdən dolayı daxili brend və ya ikinci dərəcəli xarici brendlərə üz tutublar. Bu cəhətdə “Traxtur” komandası 19-cu super liqa yarışlarında bütün komandalardan fərqlənir.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar