SON XƏBƏRLƏR

“Traxtur”la Tatarıstanın “Rubin Kazan” klubu qardaşlaşır

2021.10.20, 07:36
“Traxtur”la Tatarıstanın “Rubin Kazan” klubu qardaşlaşır

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” və Tatarıstanın “Rubin Kazan” futbol klubları qardaşlaşır.

 

Bundan əvvəl türk dünyasının önəmli şəhərləri Təbriz və Kazan qardaşlaşıb, bu dəfə isə bu şəhərləri təmsil edən “Traxtur” və “Rubin Kazan” klublarının qardaşlaşması haqqında müqavilə imzalanacağı gözlənilir.

 

Bu məqsədlə “Traxtur” klubunun məsulları Tatarıstana yola düşüb. Onlar sentyabrın 15-də “Rubin Kazan” klubunun stadionunda bu komandanın oyunçuları, o cümlədən Sərdar Azmunun (türkmən əsilli oyunçu) oyununu yaxından izləyiblər.

 

Kazana gedən idman və ticarət heyəti arasında “Traxtur” klubun sahibi Məhəmmədrza Zenuzi və icraçı direktor Dr. Əsədinin də adları çəkilir. Klubların məsulları arasında aparılan müzakirələrdən sonra iki klub arasında əlaqələrin genişləndirilməsi və qardaşlaşması ilə bağlı razılıq əldə olunub, bu barədə yaxın zamanda müqavilə imzalanacaq.

 

2017-ci ildə Təbriz şəhəri ilə qardaşlaşan Tatarıstan paytaxtı Kazan şəhərində “Təbriz” adında parkın açılışı olub. Bu ilin iyun ayında isə Təbrizdə parkların birinə “Kazan” adı verilib. Təbriz parkı Kazanda Vastaliya və Dekabristov xiyabanlarının kəsişdiyi məntəqədə yerləşir, Təbrizdəki “Kazan” parkı isə Gülgəşt tut bağında açılıb.

 

Tatarıstan Muxtar Respublikası hazırda Rusiyanın tərkibindədir. Respublikanın əhalisi türkdür, Kazan isə türk dünyasının önəmli şəhərlərindən biridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar