SON XƏBƏRLƏR

“Traxtur” növbəti görüşdə “Saypa” ilə qarşılaşacaq

2021.10.20, 07:36
“Traxtur” növbəti görüşdə “Saypa” ilə qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası  bazar günü daha bir Tehran komandası ilə qarşılaşacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 19-cu həftəsində keçiriləcək görüşdə “Traxtur” “Saypa” klubunun qonağı olacaq.

 

Görüş fevralın 24-u Təbriz vaxtı ilə saat 16:00-da “Şəhr-i Qüds”ün Şohəda stadionunda başlayacaq.

 

“Traxtur”-“Saypa” oyunu GünAz TV ekranından canlı olaraq yayımlanacaq.

 

Bu arada mövsümün birinci yarısında Təbrizi tərk edən “Traxtur”un britanyalı hücumçusu Li Ervin uzun müddətdən sonra fevralın 21-də Təbrizə qayıdıb, onun “Traxtur” komandasında fəaliyyətini davam edəcəyi gözlənilir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar