SON XƏBƏRLƏR

“Traxtur” növbəti rəqibi ilə Abadanda qarşılaşacaq

2021.10.20, 07:36
“Traxtur” növbəti rəqibi ilə Abadanda qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Təbrizin” Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində daha bir önəmli yarışa hazırlaşır.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 9-cu həftəsində “Traxtur” Abadanın Sənət Neft komandası ilə qarşılaşacaq.

 

Görüş oktyabrın 20-i Təbriz vaxtı ilə saat 18:00-da Abadanın Təxti stadionunda başlayacaq.

 

“Traxtur”-“Sənət Neft” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Hakimlər Komitəsinin açıqlamasına görə, Təbrizlə Abadan təmsilçilərinin oyununa Hüseyn Bərzgər hakimlik edəcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar