SON XƏBƏRLƏR

“Traxtur” növbəti rəqibi ilə Abadanda qarşılaşacaq

2021.10.20, 07:36
“Traxtur” növbəti rəqibi ilə Abadanda qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol komandası növbəti görüşündə Abadan təmsilçisinin qonağı olacaq.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 8-ci həftəsində keçiriləcək görüşdə Azərbaycan komandası “Sənət Neft” ilə qarşılaşacaq.

 

Görüş oktyabrın 25-i Təbriz vaxtı ilə saat 18:00-da Abadanın Təxti stadionunda başlayacaq.

 

“Traxtur”-“Sənət Neft” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Qeyd edək ki, hazırda “Traxtur” 17 xalla “Sepahan” komandası ilə birlikdə turnir cədvəlinə liderlik edir. Komandamız yalnız vurduğu qolların sayına görə “Sepahan”dan geridədir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar