SON XƏBƏRLƏR

“Traxtur” növbəti rəqibini sabah qəbul edəcək

2021.10.20, 07:36
“Traxtur” növbəti rəqibini sabah qəbul edəcək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın “Traxtur” futbol klubu cümə axşamı günü “Məscid Süleyman”ın super liqa təmsilçisini qəbul edəcək.

 

İran üzrə futbol klublarının 19-cu super liqa yarışlarının 16-cı həftəsində “Traxtur” komandası “Neft” ilə qarşılaşacaq.

 

Görüş dekabrın 19-u yerli vaxtla saat 15:30-da Təbrizin səhənd stadionunda keçiriləcək.

 

“Traxtur”-“Neft” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Bu arada İranda bahalığa qarşı keçirilən etirazların genişlənməsi ilə əlaqədar “Traxtur”un təxirə salınan görüşlərinin keçiriləcəyi vaxt məlum olub.

Liqa Təşkilatı tərəfindən yayılan açıqlamaya görə, super liqa yarışlarının 11-ci həftəsində ləğv olunmuş “Traxtur”-“Şəhr-i Xodro” görüşü dekabrın 24-ü, 12-ci həftədə ləğv olunmuş “Traxtur”-“Peykan” görüşü isə dekabrın 28-də keçiriləcək.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar