SON XƏBƏRLƏR

“Traxtur” oyunçuları səhənd stadionunun ot örtüyünün küyfiyyətinə etiraz edir

2021.10.20, 07:36
“Traxtur” oyunçuları səhənd stadionunun ot örtüyünün küyfiyyətinə etiraz edir

Gunaz.tv

GünAz TV: Ötən həftə Güney Azərbaycanın “Traxtur” futbol klubu Təbrizin səhənd stadionunda İsfahanın “Zob ahən” komandasını qəbul etdikdən sonra meydançanın öt örtüyünün keyfiyyətinə etiraz edənlərin sayı artıb.

 

Əslində “Traxtur” komandasının oynadığı meydançanın keyfiyyətinə ötən illərdə müxtəlif baş məşqçilər etiraz bildirib. Bu dəfə komandanın oyunçuları öt örtüyünün acınacaqlı vəziyyətindən şikayətlənib.

 

“Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, “Traxtur” komandasının kapitanı Ehsan Hacı Seyfi “Zob ahən”lə oyundən sonra görüşün keçirildiyi meydançanın keyfiyyətinə etiraz bildirib.

“Səhənd stadinunun ot örtüyünün keyfiyyəti acınacaqlı vəziyyətdədir. Sankı “Traxtur” bu şəhərə aid deyil. Bu komandanı kimsə düşünmür. Görüşdən əvvəl dedik ki, stadionda məşq keçirmək istəyirik. Bizə deyildi ki, meydançaya qar yağıb, bizim meydançanı məşqə hazırlamaq üçün yetəri qədər işçimiz yoxdur, orada məşq keçirmək olmaz.

Məlum deyil ki, bu şəhərin rəhbərliyi nə işlə məşğul olur?! Ay yarımdır istifadə olunmayan stadionun vəziyyəti budur?! Biz “Zöb ahən”lə görüşdə süni örtüklü meydançada oynasaydıq, daha yaxşı oyun nümayiş etdirə bilərdik.”- deyə o bildirib.

 

“Traxtur”un müdafiəçisi İman Səlimi də oxşar açıqlama ilə çıxış edərək stadionun acınacaqlı vəziyyətdə olduğunu deyib.

“Biz bilmirdik ki, meydançanın ot örtüyü bu vəziyyətdədir. Əslində o meydançada futbol oynamaq mümkün deyil. Bizim peşəkar güclü oyunçularımız heç bir ciddi hərəkət nümayiş etdirə bilmədi. Ümid edirəm ki, gələcək görüşlərdə meydançanın vəziyyətində dəyişiklik ediləcək.”- deyə “Traxtur”un müdafiəçisi qeyd edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar