SON XƏBƏRLƏR

“Traxtur” rəqibini 6:0 hesabı ilə məğlub etdi

2021.10.20, 07:36
“Traxtur” rəqibini 6:0 hesabı ilə məğlub etdi

Gunaz.tv

GünAz TV: Sentyabrın 28-i yerli vaxtla  saat 17:40-da Təbrizin səhənd stadionunda keçirilən görüş ev sahibinin kəskin qələbəsi ilə başa çatıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 8-ci həftəsində keçirilən görüşdə Təbrizin “Traxtur” və Xuzistanın “İstiqlal” komandaları qarşılaşıb, oyun 6:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

 

Qollar oyunun 20-ci dəqiqəsində Əli Abdullazadə, 34, 40, 64 və 83-cü dəqiqələrdə Antoni Stox və 90-cı dəqiqədə Əşkan Dejaqe tərəfindən vurulub.

 

Görüş “Traxtur” oyunçularının kəskin hücumları və xüsusi aktivliyi ilə yadda qalıb. Bu nəticədən sonra “Traxtur” 13 xalla müvəqqəti olaraq turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Xuzistanın “İstiqlal” komandası isə 9 imtiyazla 7-ci pillədə yer tutub.

 

Görüş zamanı stadionda müxtəlif milli şüarlar səsləndirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar