SON XƏBƏRLƏR

“Traxtur”-“Siyah cameqan” görüşü bərabər hesabla sona çatdı

2021.10.20, 07:36
“Traxtur”-“Siyah cameqan” görüşü bərabər hesabla sona çatdı

Gunaz.tv

GünAz TV : Bu gün yerli vaxtla saat 14:30-da Məşhədin İmam Rza stadionunda bu şəhərin “Siyah cameqan” takımı ilə Təbrizin “Traxtur” komandası arasında keçirilən görüş bərabər hesabla sona çatıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 21-ci həftəsində keçirilən görüşdə heç bir komanda tərəfindən qol vurulmayıb, oyun 0:0 bərabər hesabla sona çatıb.

 

Oyunun nəticəsi rəqib komandaların turnir cədvəlindəki mövqeyində dəyişiklik yaratmayıb.

 

Hazırda “Traxtur” 22 xalla (imtiyaz) turnir cədvəlinin 11-ci pilləsində, “Siyah cameqan” isə cədvəlin sonuncu pilləsində olduğu kimi qalıb.

 

Bu görüş Ərtoğrul Sağlam “Traxtur” klubunda baş məşqçi kimi fəaliyyətə başladıqdan sonra birinci görüşdür. Komanda tərəfdarları daha yaxşı nəticələrə ümid edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar