SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları Abbas Lisaninin azadlığa buraxılmasını istəyib – VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları Abbas Lisaninin azadlığa buraxılmasını istəyib – VİDEO

Gunaz.tv

GünAz TV: Şənbə günü Tehranın “Şəhr-i Qüds” (“Həsənxan qalası”) stadionunda bu şəhərin “Peykan” və Güney Azərbaycanın “Traxtur” futbol komandaları arasında keçirilən görüş zamanı “Traxtur” tərəfdarları tanınmış milli-mədəni fəal Abbas Lisaninin qeyd-şərtsiz  azadlığa buraxılmasını tələb edib.

 

Minlərlə soydaşımızın tamaşaçı qismində iştirak etdiyi görüşdə bir çox milli şüar səsləndirilib. Azarkeşlərin səsləndirdiyi şüarlar arasında “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və “Azərbaycan var olsun – İstəməyən kor olsun” kimi şüarlar yer alıb.

 

“Traxtur” tərəfdarları Ərdəbil Apellyasiya Məhkəməsinin ədalətsiz qərarını pisləyərək gur səslə “Azərbaycan var olsun – Lisani azad olsun” şüarı da səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=1&v=Zm2KD6Rtikw&feature=emb_logo

 

Qeyd edək ki, bundan əvvəl Ərdəbil Apellyasiya Məhkəməsi tanınmış güney azərbaycanlı fəalın 8 illik həbs cəzasını 15 ilədək artırıb, qərəzli həbs qərarı azərbaycanlıların kəskin etirazı ilə qarşılanıb.

 

“Traxtur”-“Peykan” görüşü 2:3 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar