SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları “İstiqlal”la görüşdən öncə bir çox şüar səsləndiriblər – VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları “İstiqlal”la görüşdən öncə bir çox şüar səsləndiriblər – VİDEO

Gunaz.tv

GünAz TV: Bu gün Güney Azərbaycanın “Traxtur” futbol klubu Tehranın “İstiqlal” komandasını Təbrizin səhənd stadionunda qəbul edəcək.

 

19-cu super liqa yarışlarının 9-cu həftəsində keçiriləcək görüş Təbriz vaxtı ilə saat 18:00-da başlayacaq.

 

Artıq görüşü izləmək üçün soydaşlarımız Güney Azərbaycanın müxtəlif məntəqələrindən Təbrizə gəlib. Onlar görüşdən əvvəl bir çox şüarlar səsləndirib və milli şüarlar yazılmış parçalar nümayiş etdiriblər.

 

Aşağıda sosial şəbəkələrdə geniş yayılan videoları izləyə bilərsiniz.

 

Tehranın “İstiqlal” və “Perspolis” komandaları ilə görüş hər zaman “Traxtur” tərəfdarları üçün önəmli olub. Bu, komandaların təkcə güclü rəqib olduğu ilə bağlı deyil, tərəfdarlarının “Traxtur” və Azərbaycan türk millətinə qarşı səsləndirdikləri aşağılayıcı şüarlar “Traxtur” tərəfdarlarını daha çox aktiv olmağa vadar edir.

 

https://www.youtube.com/watch?time_continue=15&v=7t46fnGU1XA

 

 

https://www.youtube.com/watch?time_continue=16&v=9EHppG_d7rg

 

 

https://www.youtube.com/watch?time_continue=14&v=f8ySY6DIeJM

 

 

https://www.youtube.com/watch?time_continue=24&v=MeEwAN2P2L4

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar