“Traxtur” tərəfdarları stadionda məhkəmənin Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz hökmə etiraz ediblər- VİDEO

05.10.2019, 12:51

GünAz TV: “Traxtur” futbol komandasının tərəfdarları Ərdəbil Apelyasiya Məhkəməsinin Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas Lisaniyə qarşı çıxardığı ədalətsiz hökmə etiraz ediblər.

 

“Traxtur”un güney azərbaycanlı tərəfdarları komandanın dünən “Pars Cənubi” komandası ilə Təbrizin Səhənd stadionunda keçirilən görüşü zamanı məşhur türk fəal Abbas Lisaninin azadlığını tələb edən və məhkəmənin ədalətsiz hökmünə qarşı şüarlar yazılmış plakat qaldırıblar.

 

Plakatın üzərinə Türk və ingilis dillərində “Abbas Lisanini azad edin!” şüarı yazılıb.

 

 

Bir qrup azarkeş isə Barselona futbol komandasının tərəfdarlarının açdığı plakatla oxşar yazıları ehtiva edən plakat qaldırıblar. Onun üzərində “yalnız diktatorlar sülhsevər siyasi rəhbərləri həbs edirlər” cümləsi yazılıb. Bu yazı iki gün öncə Barselonanın azarkeşlərinin qaldırdıqları plakat üzərində yazılmışdı.

 

 

Xatırladaq ki, cari ilin iyul ayının 8-də Ərdəbil İnqilab Məhkəməsi Abbas Lisaninin 8 il həbs və 2 il Yəzdə sürgün edilməsilə bağlı hökm çıxarmışdı. Oktyabrın 1-də isə Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi Nasir Ətəbatinin sərdliyi ilə keçirilmiş iclasda fəalın 8 illik həbs cəzasını 15 ilədək artırıb.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda onlarla iş yeri hicabsızlıq və orucluq ayına görə bağlandı

2023-03-30

gun az article

İsrail: "İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır"

2023-03-30

gun az article

“İsrail 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”- Ceyhun Bayramov

2023-03-29

gun az article

İsraildə Azərbaycan səfirliyinin açılışı olub

2023-03-29

gun az article

Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

2023-03-29

gun az article

Ceyhun Bayramov İsrailin müdafiə naziri ilə əlaqələrin genişləndirilməsini müzakirə edib

2023-03-29

gun az article

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlib

2023-03-29

gun az article

“Milli Dəyərlərin Qorunmasına Ziyalıların Dəstəyi” İctimai Birliyi regionlarda tədbirlər keçirib

2023-03-28

gun az article

Ukraynada İranın daha 12 PUA-sı vuruldu

2023-03-29

gun az article

Çeçenistanda atışma olub: Xüsusi xidmət orqanları iki silahlını məhv edib

2023-03-29

gun az article

Rusiya XİN Ukrayna ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri açıqlayıb

2023-03-29

gun az article

İsrail vətəndaşları sentyabrdan ABŞ-a vizasız səfər edə biləcək

2023-03-29

gun az article

“Bu, terror hadisəsidir, məqsəd cəmiyyətdə xof, inamsızlıq yaratmaqdır"-Emin Həsənli

2023-03-29

gun az article

Ceyhun Bayramov: “İsrail qabaqcıl təcrübə və texnologiyasını Azərbaycanla bölüşə bilər”

2023-03-29

gun az article

XİN rəhbəri: İsrail və Azərbaycan İranın təhdidini bölüşür

2023-03-29

gun az article

Azərbaycan və İsrail XİN rəhbərləri Yerusəlimdə görüşü başlayıb

2023-03-29

gun az article

BMT-nin Baş katibi: “Terrorizm bütün dünyada güclənir”

2023-03-29

gun az article

Britaniya səfiri millət vəkilinə terror aktını pislədi

2023-03-29

gun az article

Fazil Mustafaya sui-qəsd: İran eyni gündə bir neçə ölkədə... - Şok

2023-03-29

gun az article

İranda ərzaq məhsullarının alışında əhəmiyyətli azalma qeydə alınıb

2023-03-29