SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarları Tehranın Qaradağ meşələrində baş verən yanğına laqeyd münasibətini pisləyib – VİDEO

2021.10.20, 07:36
“Traxtur” tərəfdarları Tehranın Qaradağ meşələrində baş verən yanğına laqeyd münasibətini pisləyib – VİDEO

Gunaz.tv

GünAz TV: Avqustun 30-da Təbrizin səhənd stadionunda Güney Azərbaycanın “Traxtur” və Tehranın “Perspolis” komandaları arasında keçirilən görüşdə çoxlu milli şüarlar səsləndirilib.

 

19-cu super liqa yarışlarının ikinci həftəsində keçirilən görüş 1:0 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb.

 

Oyun zamanı çoxlu milli şüarlar səsləndirilib. “Traxtur” tərəfdarları həmçinin ötən günlərdə Qaradağ meşələrində baş verən yanğın hadisəsi ilə bağlı İran hökumətinin qərəzli mövqeyini kəskin pisləyiblər. Yanğın əraziyə su çiləyən helikopterlər göndərilımədiyindən bir həftə davam edib və yüzlərlə hektar meşə sahəsinin yanaraq sıradan çıxmasına səbəb olmuşdur.

 

“Traxtur” tərəfdarları hökumət rəsmilərinə xitabən birlikdə bu şüarı səsləndirib:

“”Türkün dostu türkdür

Bir daha inandıq

Meşəm od tutanda

Qəlbimə ox batdı

 

Qaradağ yandırdı

Qəlbimizi yaxdı

Əli iş tutanlar

Kimə baxdı?”

 

https://www.youtube.com/watch?time_continue=69&v=zHGDF1pn7o8

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar